7 ölkənin gəncləri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Lent.az-ın verdiyi məlumata görə, görə, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin Gənclər Fondu və Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə təşkil etdiyi “Avropalıyıqmı?! – Kimlik, İnteqrasiya, Müstəsnalıq” adlı beynəlxalq layihənin iştirakçıları olan bu gənclərin məqsədi Dağlıq Qarabağ problemi ilə bağlı da geniş məlumat əldə etmək olub.
Dağlıq Qarabağın azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov münaqişənin tarixi, işğal prosesi və hazırkı vəziyyət barədə məlumat verib. 20 ildir ki, həll olunmayan problemə dünya birliyinin hələ də göz yumduğunu söyləyən Orxan Əkbərov deyib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardırlar. Lakin bu günə qədər Ermənistan tərəfinin göstərdiyi qeyri konstruktiv mövqe problemin həllində irəliləyişlər əldə etməyə mane olur: “Dəfələrlə Dağlıq Qarabağdan olan erməni icmasının nümayəndələri ilə dialoqun qurulması və bu problemin daxili məsələ olaraq həll olunmasına cəhd etsək də, Ermənistan dövləti hər zaman bu dialoqların pozulmasının əsas səbəbkarı olub. Biz səmimiyyətimizlə inanırıq ki, bu gün Azərbaycan dövlətinin, Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı kreativ və dərin siyasət öz bəhrəsini verəcək, bu və ya digər yolla işğal altında olan torpaqlar azad ediləcək”.
Görüşdə iştirak edən türkiyəli Selen Öztürk bildirib ki, türkiyəli gənclər hər zaman bu problemi göz önündə saxlayır. Moldovalı Cristina Caraus Dağlıq Qarabağ problemini Moldovadakı mövcud problemlə müqayisə edərək, hər iki problemin çox yaxın vaxtlarda həll olunacağını inamını ifadə edib. Görüşdə iştirak edən İngiltərə, Almaniya, Rumıniya, İspaniyadan olan gənclər də çıxış edərək münaqişənin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər. Bundan sonra görüş iştirakçıları Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Ramana Qəsəbəsində yerləşən Şuşa rayonundan və digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlər üçün yaradılmış şəhərciyə yollanıblar. Onlar köçkünlərin hazırkı həyat şəraiti, qəsəbədə yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbi, Malıbəyli kənd musiqi məktəbi, xəstəxana və digər infrastruktur obyektləri ilə tanış olublar. Gənclər Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inamlarını bildiriblər.

1526