Nigar Yaqublunun hüquqlarını Müdafiə Komitəsi yaradılır
Müsavat Partiyasının Mətbuat və İnformasiya Müavinliyindən Lent.az-a verilən məlumata görə, qərarların icrasına dair müzakirələrdə İctimai Palatanın Bakının bolşevik –daşnak birləşmələrindən azad olunmasının 94-cü ildönümü münasibətilə sentyabrın 15-də Türk Şəhidliyi Abidəsinin, 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin məzarlarını ziyarət etdiyi qeyd olunub.
Divan İctimai Palatanın təşkilatçılığı ilə keçirilən bu anım mərasimi müsbət qiymətləndirib. Partiyadaxili məsələlərin müzakirəsi zamanı Müsavat Partiyasının bu həftə zona müşavirələrinə start verəcəyi bildirilib. İlk zona müşavirəsinin respublikanın Şimal-Qərb zonasından başlayacağı bildirilib.
İctimai-siyasi məsələlərin müzakirəsi zamanı bu gün Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin Müsavat Partiyasının Məclis üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müsbət qərar çıxarmaması pislənilib.
Divanda Nigar Yaqublunun hüquqlarını Müdafiə Komitəsinin yaradılması barədə də müzakirələr aparılıb.
Sonda cari məsələlərə baxılıb.

953