Səməd Seyidov Koreyanın yeni səfiri ilə görüşüb - FOTO
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Ço Suk-İnnlə görüşüb. ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ço Suk-İnni yeni diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edən Səməd Seyidov iki ölkə münasibətlərinin tarixi köklərə malik olduğunu söyləyib.
ADU-nun Koreyanın ölkəmizdəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini, birgə tədbirlərin həyata keçirildiyini qeyd edən Səməd Seyidov ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını nəzərinə çatdırıb. Ço Suk-İnn isə diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib. O, ADU-da Koreya Mərkəzinin mövcud olduğunu da diqqətə çatdırıb. Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi və tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, ADU-da Koreya dili 1994-cü ildən tədris olunur. ADU-da Koreya dili kafedrası fəaliyyət göstərir və kafedrada koreyalı müəllimlər çalışır. Bu günlərdə ADU-nun 2 tələbəsi Koreyadan 1 illik kurslardan qayıdıb. Universitetin daha 4 tələbəsi isə bu ay Koreyaya gedəcək.

789