Azərbaycan prezidenti Qəbələdə bir sıra obyektlərdə olub
10 sentyabr 2012 18:44 (UTC +04:00)

Azərbaycan prezidenti Qəbələdə bir sıra obyektlərdə olub

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
dövlət başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaq.

Qeyd edildi ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Bu gün həmçinin Azərbaycan prezidenti Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olub.
Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxıb. Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşüb. Məscidin yeni binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb. Diqqətə çatdırılıb ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcək.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə də tanış olub. Dövlət başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcək. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı da yaradılacaq. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2020

Oxşar yazılar