Yuxu mütəxəssisi Chris Tattersall yaxşı bir gecə yuxusu üçün lazım olan vacib amilləri açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis bildirir ki, yuxuya mənfi təsir edən bəzi məqamlar var.
Onun sözlərinə görə, yatmazdan üç saat əvvəl yemək yeməmək tövsiyə olunur:
“Xüsusilə, kofeindən uzaq durmaq lazımdır. Kofeini gün ərzində çox gec içməməli, tərkibində kofein ola bilən qazlı içkilərdən uzaq durulmalıdır. Bunun əvəzinə adi su istifadə etmək tövsiyə olunur. Bu, daha yaxşı yatmağınıza kömək edəcək. Xüsusilə, yuxu üçün ideal temperaturdan - 16 ilə 18 dərəcə Selsidir”.