Yuxu ilə diabet arasındakı ƏLAQƏ
30 avqust 2023 18:05 (UTC +04:00)

Yuxu ilə diabet arasındakı ƏLAQƏ

Hollandiyadan olan bir qrup elm adamı yuxu müddəti ilə 2-ci tip diabetin inkişaf riski arasında əlaqə tapıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmanın nəticələri “Sleep Health” jurnalında dərc olunub.

2010-cu ildən 2018-ci ilə qədər davam edən iş zamanı müəlliflər 40-75 yaş arasında olan 5561 könüllünün məlumatlarını öyrəniblər. İştirakçılar ürək-damar xəstəliklərinə, 2-ci tip şəkərli diabetə və digər xroniki xəstəliklərə meylliliklərini, həmçinin bu hallarla yuxu rejimi arasında əlaqəni müəyyən etmək üçün fiziki müayinədən keçiblər. Bundan əlavə, subyektlərdən yuxu vərdişləri, o cümlədən orta hesabla neçə saat yatdıqları barədə soruşulub.

Sonrakı reqressiya təhlili göstərib ki, müntəzəm olaraq normaldan çox (12 saat) və ya həddindən az (5 saat) yatanlar, digər risk faktorlarından asılı olmayaraq, 2-ci tip diabetə daha çox meyllidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar