Dietoloq Dinara Qadelmurzina şampanın Yeni il üçün niyə təhlükəli olduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, alkoqolun təhlükəsiz dozası deyə bir şey yoxdur.
Onun sözlərinə görə, bütün alkoqollu məhsulların kalorisi çox yüksəkdir və şampan ən yüksək kalorili içkilərdən biridir:
“Şampanın 100 qramında təxminən 90 kalori var. Alkoqoldan imtina edə bilməyənlər üçün 100 qramında təxminən 60 kalori olan brut kimi ən aşağı kalorili şampan seçmək məsləhətlidir. Həmçinin, çox miqdarda spirt içməyin. Yeni ilin sağlamlığınıza təsir etməməsi üçün iki stəkandan çox içməmək tövsiyə olunur”.