Yeməyi  bir dəfədən çox   qızdırmaq olmaz  - XƏBƏRDARLIQ
19 fevral 2024 14:15 (UTC +04:00)

Yeməyi bir dəfədən çox qızdırmaq olmaz - XƏBƏRDARLIQ

Bir çox evdar qadınlar vaxta qənaət etmək üçün yeməkləri bir neçə gün əvvəl hazırlayırlar. Buna görə də, daha əvvəl hazırlanmış yemək tez-tez qızdırılır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi hallarda bu, kifayət qədər təhlükəlidir.

Hər bir qızdırma yeməyin saxlama müddətini daha üç-dörd gün uzadır. Ancaq bu, yeməyin keyfiyyətinə mənfi təsir göstərə bilər, buna görə də yməyi sadəcə bir dəfə qızdırmaq lazımdır.

Mütəxəssislər qidaları bir dəfədən çox qızdırmamağı tövsiyə edir, çünki temperaturun dəfələrlə dəyişməsi bakteriyaların böyüməsi üçün əlverişli mühit yaradır və qida zəhərlənməsinə səbəb ola bilər.

Mütəxəssislər yenidən qızdırılan yeməkləri otaq temperaturunda çox uzun müddət saxlamamağı məsləhət görürlər, çünki bu, bakteriyaların çoxalmasına şərait yaradır. Yeməyi bitirdikdən dərhal sonra qalıqlar soyuducuya qoyulmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4677
avatar

Arzu Qurbanlı

Oxşar yazılar