Yayda sərinlədən içkilər
25 iyun 2023 11:13 (UTC +04:00)

Yayda sərinlədən içkilər

Yayda kifayət qədər su içməmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən su istehlakı çox vacibdir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çox az su içdiyinizi düşünürsünüzsə, kalorisiz və şəkərsiz yay içkiləri ilə su istehlakınızı artıra bilərsiniz.

Su istehlakı qan dövranı və həzm sistemindən endokrin və sinir sisteminə qədər sağlamlığı dəstəkləyir. Kifayət qədər su istehlak etməmək tüpürcək istehsalının azalmasına, ağız və dodaqların qurumasına səbəb olur. Ağız quruluğunu aradan qaldırmaq üçün heç bir içki suyu əvəz edə bilməz.

Tərəvəz tərkibli içkilər

Gündə ən az 3 porsiya tərəvəz istehlakı sağlam həyat üçün çox vacibdir. Meyvə şirəsi əvəzinə tərəvəz şirələrinin seçilməsi şəkər və kalori qəbulunu azaldır. Buna görə daha yaxşı seçimdir. Meyvələr kimi, tərəvəzlər də kəsildikdə və ya sıxıldıqda bəzi qida maddələrini itirirlər. Bu səbəbdən təzə hazırlanmış tərəvəz şirələrinə üstünlük verilməlidir.

Mineral su

Mineral su sadə olsa da, kalorisiz və minerallarla zəngin bir içkidir. Meyvəli mineral sular isə əlavə edilən şəkərə görə bir stəkanda 70 kaloriyə qədərdir. Bu səbəbdən mineral su adi şəkildə istehlak edilməlidir. 

Smuzilər

Mükəmməl maye qəbulunu saxlamaq üçün əla seçim olan smuzi də bir sıra vitaminlər, minerallar və faydalı bitki birləşmələrinə malikdir. 

Qarpız şirəsi

Qarpız suyu kaliumla zəngindir, tərkibində kalsium və fosfor var. Qarpızı tamamilə maye hala gələnə qədər əzməklə qarpız suyu hazırlamaq olar. 

Soyuq qəhvə

Qəhvə dünyanın ən məşhur içkilərindən biridir. Çay kimi, qəhvəni də isti və ya buzlu halda dadmaq olar. Qəhvə yüksək kofein tərkibinə malikdir və tərkibində B vitaminləri, manqan, kalium, maqnezium, fosfor mineralları var. Gündə maksimum 400 mq-a qədər kofein istehlakı idealdır. Yayda sərinləmək üçün soyuq qəhvələr istehlak etmək məsləhətlidir.

Limonad

Limonad az miqdarda şəkərlə evdə hazırlana bilər. Limonadın daha təbii və daha az kalorili istehlak edilməsi üçün ona 1 çay qaşığı bal əlavə etmək olar. Gündə 1 stəkan içmək C vitamini qəbulunu dəstəkləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585

Oxşar yazılar