Yayda sağlam və canlı saçlar üçün 8 QIZIL TÖVSİYƏ
16 iyun 2021 09:42 (UTC +04:00)

Yayda sağlam və canlı saçlar üçün 8 QIZIL TÖVSİYƏ

DS Laboratories-in saç mütəxəssisləri yayda sağlam, baxımlı və canlı saçlara sahib olmaq üçün 8 qızıl qaydanı açıqlayıb.

Lent.az-ın Milliyet.com-a istinadən məlumatına görə, ABŞ-da saç və cildə qulluq sektorunun qabaqcıl markalarından olan DS Laboratories-in saç mütəxəssisləri hava temperaturunun yüksəldiyi yay aylarında sağlam və canlı saçlara sahib olmaq üçün tətbiq edilməsi gərəkli olanları və tövsiyələrini açıqlayıb.

Daha həcmli, canlı, parlaq və gözəl saçlar üçün müntəzəm qulluğun əhəmiyyətinə toxunan mütəxəssislər kənardan tətbiq olunan müalicə, qulluq və müxtəlif vasitələrlə birlikdə sağlam qidalanmanın da çox önəmli olduğunu vurğulayır.

Yay aylarında saçın və saç dərisinin qüvvətləndirilməsi və çətin günlərə hazırlanması lazımdır. Bunun üçün düzgün məhsullardan istifadə, stressdən uzaq durmaq, yuxu nizamına diqqət etmək və lazımi baxım prosedurlarının aparılması tövsiyə edilir.

DS Laboratories-in saç sağlamlığı mütəxəssislərinin tövsiyələri bunlardır:

1. Havalar çox qızmadan saç fenindən istifadəni azaldın

İsinməyə başlayan havalar saçların da daha çox və sürətlə qurumasına, kövrək quruluşa malik olmasına və solğun görünüş qazanmasına səbəb olur. Hava temperaturunun və havadakı nəm nisbətinin artmağa başladığı yayın ilk ayında saçqurutma cihazından mümkün qədər uzaq durulmalı, daha az fendən istifadə etməli və saça itirdiyi nəmliyi qaytarmaq üçün qulluq məqsədli prosedurlar aparılmalıdır.

2. Saç rənginizi qoruyun

Yay ayları ilə birlikdə hovuz və dənizə girmə halları da artır. Xüsusilə təbii olmayan və qoruyucu maddələrin sıxlıqla istifadə olunduğu hovuz suyu saçın kimyəvi tərkibini pozur, rəngini açır və saçlara zərər verir. Hovuzun bu zərərli təsirlərindən qorunmaq üçün yayın əvvəlində saçlara xüsusi qulluq olunmalı, həm saçın sağlamlığı, həm də canlı rəngini saxlaması zəmanət altına alınmalıdır.

3. Qidalanmanıza diqqət edin

Sağlam saçlara sahib olmaq sadəcə müntəzəm qulluq və  kənardan tətbiq olunacaq vasitələrlə mümkün deyil. Canlı, parlaq və gur saçlar üçün nizamlı və sağlam qidalanma da bir o qədər əhəmiyyətlidir. Bunun üçün saçın ehtiyacı olan vitamin, mineral, amin turşusu, protein və yağlarla zəngin qidalara üstünlük verilməlidir.

4. Yuxunuzdan qalmayın

Yuxu bədənin özünü dincəltməsi və gərəkli enerjini yenidən toplaması üçün ən önəmli amillərdən biridir. Nizamlı və bölünməyən yuxu sağlam saçlar üçün də əhəmiyyətlidir.

5. Stressdən uzaq durun

Stress qadınların və kişilərin günümüzdə ən böyük problemlərindən biri olan saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yaz yorğunluğu, yaz depressiyası kimi fərqli səbəblərlə ortaya çıxan stress yay aylarında saç sağlamlığına da mənfi təsir göstərir. Bu səbəblə yaya daha sağlam və canlı saçlarla girmək üçün stressdən uzaq durmanız lazımdır.

6. Şampun seçiminə diqqət

Yaz ayları da daxil olmaqla yay ərzində istifadə olunan şampunları seçərkən daha diqqətli olmaq lazımdır. Saç növləri və quruluşları bir-birindən fərqli olduğu üçün şampun seçimində də saçın rəngini, növünü, keyfiyyətini və təbii strukturunu nəzərə alaraq qərar vermək lazımdır.  Saçlarınızı kənar təsirlərdən qoruyan məhsullara üstünlük verə bilərsiniz. Saç dərisinə güc və canlılıq qazandıran, spesifik anti-DHT, antioksidant və anti-iltihabi təsirlərə malik şampunlardan istifadə etmək tövsiyə edilir.

7. Saçlarınızı yuma zamanını dəyişdirin

Yazda və yayda istifadə etdiyiniz şampun və saça qulluq vasitələrindən daha yüksək səviyyədə fayda əldə etmək üçün saçlarınızı axşam yumaq məsləhətdir. Bu halda saçı günəş işığı, toz, isti hava kimi təsirlərdən qoruyaraq daha az elektriklənməsini təmin edə və daha dalğalı, həcmli, parlaq və canlı saçlara qovuşa bilərsiniz.

8. Yayın əvvəlində saçlarınızı kəsdirin

Saç telləri uzandıqca qırılma, zəifləmə və tutqunlaşma səviyyəsi də artır. Saç tellərindəki qırılmalar və haçalanmalar uclardan başlayaraq ən üst nöqtəyə qədər çata bilir. Bunun üçün ilk əvvəl saç ustasına müraciət edərək qırılan hissələri götürməli, saçlarınızı kəsdirməli və saçınızın uzunluğunu sağlam hissələrə qədər qısaltmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4572
avatar

Oxşar yazılar