Qan xərçəngi gecə tərləmələri, yorğunluq və artıq çəki şəklində özünü göstərə bilər.
Lent.az xəbər verir ki, bu və digər əlamətlər barədə hematoloq Dubinina “Veçernaya Moskva” nəşrinə danışıb.
Qan xərçənginin simptomlarına aşağıdakılar aid edilə bilər:
Altı ay ərzində izah edilməmiş və nəzarətsiz çəki itkisi 10% və ya daha çox;
İnfeksiya əlamətləri olmadan bədən temperaturunun 38 dərəcəyə qalxması.
Sizi oyanmağa, paltar və yataq dəstini dəyişməyə məcbur edən gecə tərləmələri zəiflik, yorğunluq, idarəolunmaz qaşınma və ya tez-tez infeksiyaların yaranmasına səbəb ola bilər.
“Bəzi xəstələrdə xəstəlik dərin venaların və ya ağciyər arteriyalarının trombozu ilə başlaya bilər. Həmçinin genişlənmiş limfa düyünləri və onların böyüməsi ilə də özünü göstərir"deyə həkim bildirib.