Xurmanın bilmədiyimiz faydaları
29 noyabr 2022 09:09 (UTC +04:00)

Xurmanın bilmədiyimiz faydaları

Təbii vitaminlər və minerallarla zəngin olan xurmanın vətəni Çindir. 

Lent.az-ın məlumatına görə, bu meyvə A və C kimi güclü antioksidantlar, kalium, kalsium, maqnezium, dəmir kimi vacib minerallar, qidalı liflərlə zəngindir. Qışda xurmanın istehlakı vitamin çatışmazlığının qarşısını alır. 

1. Avitaminoz və hipovitaminozlardan əziyyət çəkənlər üçün faydalıdır.

2. Orqanizmin müqavimətini artırır.

3. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə prosesinin qarşısını alır.

4. A vitamini ilə zəngin olduğundan görməni yaxşılaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir.

5. Ürək-damar sistemi üçün olduqca faydalıdır.

6. İnsanı uzun müddət ərzində tox saxlayır, arıqlamağa kömək edir.

7. Orqanizmdən artıq mayeni xaric edir və bununla da ürəyə düşən gərginliyi azaldır.

8. Xərçəng əleyhinə təsirə malikdir.

9. Yodla zəngin olduğundan qalxanvari vəzinin sağlamlığına müsbət təsir edir.

10. Qaraciyər üçün çox faydalıdır.

11. Qidalı liflərlə zəngin olan xurma orqanizmi toksin və s. ziyanlı maddələrdən təmizləyir.

12. Tərkibindəki C və P vitaminləri damarları gücləndirir.

13. Stressin qarşısını alır, depressiya vəziyyətində olanlara kömək edir.

14. İshal zamanı kömək edir.

15. Dəri üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha dartılmış və təravətli edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Arzu Qurbanlı

Oxşar yazılar