Türkiyədə polis vəkil olan nişanlısını və özünü  öldürdü
23 oktyabr 2026 11:59 (UTC +04:00)

Türkiyədə polis vəkil olan nişanlısını və özünü öldürdü

0

Türkiyədə polis əməkdaşı Aykut Erol nişanlısı, vəkil Özge Penbegülü güllələyərək öldürüb, daha sonra intihar edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında İzmir şəhərinin Menemen rayonunda, Tülbentli məhəlləsində qeydə alınıb.

Məlumata görə, valideynləri istirahətdə olan Özge Penbegül ilə oktyabrın 3-də nişanlandığı polis əməkdaşı Aykut Erol arasında evdə naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə böyüdükdən sonra Erol üzərində gəzdirdiyi tapança ilə nişanlısına atəş açıb. Ardınca həmin silahla özünü vurub.

Hadisə yerinə gələn həkimlər Özge Penbegülün hadisə yerində öldüyünü müəyyən ediblər.

Hakkari vilayətində xidmət etdiyi bildirilən Aykut Erol isə təcili tibbi yardım avtomobili ilə İzmir Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 34

Oxşar yazılar