Xorultu təkcə yuxuya mane olmur, həm də təhlükəli xəstəliklərin inkişafına səbəb olur. Ukraynalı həkim Yuriy Qaborets xorultudan xilas olmaq və keyfiyyətli yuxunu təmin etməyin yollarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, bu problem insanın istirahətinə mane olmaqla yanaşı, həm də ürəyinin vəziyyətinə mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, xorultunu aradan qaldırmaq üçün tədbirlər görmək vacibdir:
“İlk addım xorultuya səbəb ola biləcək faktorlardan xilas olmaqdır. Yuxuya təsir edən alkoqol və dərmanların istifadəsini dayandırmaq, həmçinin ağır və gec yeməklərdən çəkinmək lazımdır. Əgər artıq çəki varsa, arıqlamağa çalışmalısınız. İkinci addım nəfəsinizə diqqət yetirməkdir. Yatmazdan əvvəl rahatlamağınıza kömək etmək üçün yüngül idman edə və ya musiqiyə qulaq asa bilərsiniz. Üçüncü addım uyğun bir yastıq seçməkdir. Ortopedik yastıq yatarkən baş və boyun düzgün mövqeyini saxlamağa kömək edə bilər. Beşinci addım həkimə müraciət etməkdir. Otorinolarinqoloq və endokrinoloq xoruldamanın mümkün səbəblərini müəyyən etməyə və müalicə planını hazırlamağa kömək edəcək”.