Xərçənglə mübarizənin  yeni üsulu   kəşf edildi
21 fevral 2024 11:36 (UTC +04:00)

Xərçənglə mübarizənin yeni üsulu kəşf edildi

Alimlər xərçənglə mübarizənin yeni üsulunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Texas Universitetinin alimləri insan orqanizminə sürətlə yayıla bilən aqressiv leykemiya növü ilə mübarizənin potensial effektiv metodunu kəşf edən araşdırma aparıblar. Tədqiqatçılar tərəfindən aparılan eksperimental terapiyada sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrinin inkişafının qarşısını almaq mümkün olub.

Kəskin miyeloid lösemi (AML) sürətlə yayılması ilə xarakterizə olunan hematopoetik sistemin xərçəngidir. AML-nin əksər halları yaşlı insanlarda aşkar edilir, bu da sümük iliyi transplantasiyası kimi intensiv müalicələri son dərəcə çətin və riskli edir.

Tədqiqatçılar AML xəstələrində SLC25A51 kimi tanınan hüceyrə daşıyıcısının yüksək səviyyələrini aşkar ediblər. Sağlam hüceyrələrdə bu daşıyıcı qida maddələrini mitoxondriyaya daşıyır, hüceyrələrə enerji verir. Bununla belə, xərçəng hüceyrələrində SLC25A51 səviyyələrinin yüksəldiyi aşkar edilib.

Elm adamları bu daşıyıcının səviyyəsini aşağı salmaqla xərçəngin inkişafının qarşısını ala biliblər. Bunun sayəsində xərçəng hüceyrələri lazımi resursları almağı dayandırıb və ölməyə başlayıb. Bu da xəstəliyin gedişatının yavaşlamasına səbəb olub. 

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, daşıyıcının aşağı səviyyələrini AML-nin müalicəsində istifadə edilən kimyaterapiya növü olan 5-azasitidin ilə birləşdirməklə, xəstənin sağ qalması artıb və şiş ölçüsü azalıb. Bunun səbəbi, SLC25A51-in aşağı səviyyələrinin xərçəng hüceyrələrini kimyəvi dərmanlara qarşı daha həssas etməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9444
avatar

Arzu Qurbanlı

Oxşar yazılar