Xərçəngə meyilli  peşələrin   SİYAHISI
12 iyul 2023 17:09 (UTC +04:00)

Xərçəngə meyilli peşələrin SİYAHISI

Təhlillər göstərir ki, müəyyən vəzifələrdə on ildən artıq işləmək yumurtalıq xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Lent.az xarici mediyaya istinadən bildirir ki, xüsusilə, bərbərlər və kosmetoloqlar ən həssas qrupa daxildirlər. 

Onlar 13 kimyəvi maddəyə, o cümlədən ammonyak, hidrogen peroksid, üzvi boyalar və piqmentlər, eləcə də xəstəliyə səbəb ola biləcək parlaqlaşdırıcılara məruz qalırlar.

Bundan əlavə, günün çox hissəsini oturaq işləyən mühasiblərdə də bu növ xərçəngə tutulma ehtimalının artması (ikiqat) müşahidə edilib. Digər risk qrupu isə satış, pərakəndə satış, geyim və tikinti sahələrində çalışan qadınlardır.

Eyni zamanda, tikmə də daxil olmaqla geyim sənayesində işləyən qadınlar arasında xəstəliyin inkişaf riski 85 faiz artıb, satış və ya pərakəndə satışda işləmək isə müvafiq olaraq yoluxma ehtimalını 45 və 59 faiz  artırıb. Maraqlıdır ki, tibb bacılarının yumurtalıq xərçənginə tutulma riski azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Xədicə Novruzova

Oxşar yazılar