XƏBƏRDARLIQ   – Uzun müddətli maqnit fırtınası gözlənilir
08 may 2021 19:54 (UTC +04:00)

XƏBƏRDARLIQ – Uzun müddətli maqnit fırtınası gözlənilir

Mayın 12-də planetimizi uzun müddətli bir maqnit fırtınası əhatə edəcək.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, demək olar bir həftə davam edəcək. Geomaqnit narahatlığı mayın 13-14-də zirvəyə çatacaq.

Fırtına G1 və G2 səviyyəsində olacaq. Bu isə o deməkdir ki, meteohəssas insanların sağlamlığına mənfi təsir göstərəcək. 

Mayın sonunda, 28-də də güclü maqnit fıryınası gözlənilir. 

Sağlamlığınızı necə qorumalı?

Maqnit fırtınaları ürək-damar sisteminə ən çox təsir edir, buna görə qan dövranını yaxşılaşdırmaq üçün fiziki fəaliyyət lazımdır. Səhər məşqləri ilə bunu təmin edə bilərsiniz. 

Qanı oksigenlə doydurmaq üçün gün ərzində tənəffüs məşqləri etmək məsləhətdir. 

Günəşli havada az durmağınız da lazımdır. Spirtli içkilərdən və tütün məhsullarından istifadədən imtina etməyiniz, qida rasionunuza nəzarət, vitaminlər içmək, vaxtında yatmaq da məsləhət görülür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar