Niyə bəzi yumurtalar asan soyulmur?  Heç kim bunun səbəbini  bilmirdi
27 iyul 2026 13:29 (UTC +04:00)

Niyə bəzi yumurtalar asan soyulmur? Heç kim bunun səbəbini bilmirdi

0

Suda bişirdiyimiz soyutma yumurtaların qabığını soyarkən ağının parça-parça olub həvəsinizin qursağınızda qaldığı olubmu?

"Niyə bəzi yumurtalar yağ kimi soyularkən, bəziləri əsl işgəncəyə çevrilir?" sualının cavabı üzə çıxıb. Mətbəxdəki bu böyük sirrin arxasındakı təəccüblü kimyasal həqiqətə və praktiki həllə çox təəccüblənəcəksiniz. Təzə yumurta, yoxsa bayat yumurta daha asan soyulur? 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qabığa yapışıb dağılan yumurta ağlarının səbəbi, deməli, təzəlik dərəcəsi və pH balansı imiş. Qaynar suya soda atmağın işə yarıyış yaramadığını və mükəmməl soyulan yumurtanın arxasındakı həmin fiziki dəyişikliyi addım-addım izah edirik.

Təzə yumurtada kimyasal tələ: albümin və keratin döyüşü

Təzə yumurta ağının pH dərəcəsi aşağıdır. Yəni o, nisbətən daha turşuludur (asidkdir). Bu turş mühitdə albümin, yəni yumurta ağı zülalları öz aralarında birləşmək əvəzinə, daxili pərdədə olan keratinə çox daha qüvvətli şəkildə yapışır.

Suya soda atmaq işə yarayirmi?

Mətbəxlərdə tez-tez tətbiq olunan qaynar suya yeyinti sodası (karbonat) əlavə etmə üsulu mühitin pH dərəcəsini yüksəltdiyi üçün nəzəri cəhətdən yumurta ağının daxili pərdədən ayrılmasını asanlaşdırır. Lakin praktiki tərəfdən bu həll hər zaman möcüzələr yaratmır. Çünki suyun bazik quruluşunun qabqdakı məsamələrdən içəri sızıb yumurtanın pH balansını dəyişməsi yumurtanın bişmə müddətindən çox daha uzun çəkir.

Mükəmməl soyulan yumurta üçün ən dəqiq üsul haşlamaq üçün həddindən artıq təzə olmayan yumurtalara üstünlük verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 46

Oxşar yazılar