Uzun ömür  yaşamaq istəyirsinizsə,   imtina etməli olduğunuz bir nömrəli içki
29 aprel 2025 12:34 (UTC +04:00)

Uzun ömür yaşamaq istəyirsinizsə, imtina etməli olduğunuz bir nömrəli içki

Bu içki artıq çəkiyə səbəb olur, həzmi pozur və ürəyə zərər verir.

Lent.az xarici mətbuata istinadla bildirir ki, sağlamlıqdan danışarkən gündəlik vərdişlərdə kiçik dəyişikliklər belə ciddi təsir göstərə bilər. Məsələn, şirin qazlı içkilərin qəbulunun azaldılması.

Problem ondadır ki, qazlı içkilər təkcə “boş kalori” mənbəyi deyil. Araşdırmalar göstərir ki, müntəzəm olaraq şirin qazlı içkilər içmək vaxtından əvvəl ölüm riskini, xüsusilə ürək-damar xəstəliklərindən, əhəmiyyətli dərəcədə artırır.

Alimlər müəyyən ediblər ki, insan hər gün qazlı içki içdikdə, onun “sağlam ömrü” - yəni xroniki xəstəliksiz yaşadığı müddət - orta hesabla 12 dəqiqə qısalır.

Qazlı içkilərdən imtina uzunömürlülüyə necə təsir edir?

Xroniki xəstəliklərin riskinin azalması

Bir stəkan qazlı içki təxminən 10 çay qaşığı şəkər ehtiva edir. Dietoloq Ceymi Nado qeyd edir ki, çox miqdarda əlavə şəkər qəbulu artıq çəkiyə, ürək-damar xəstəliklərinə və 2-ci tip diabetə səbəb ola bilər.

Bəzi kardioloqlar qazlı içkiləri tamamilə rasiondan çıxarmağı tövsiyə edirlər. Bundan əlavə, qazlı içkilərin heç bir qida dəyəri yoxdur.

Dietoloq Lora M. Ali bildirir ki, bu içkilər nə vitamin, nə mineral, nə də antioksidant ehtiva edir. Halbuki süd, şəkərsiz çay və ya qəhvə kimi içkilər xroniki xəstəliklərin riskini azaldır və uzunmüddətli sağlamlığı dəstəkləyir.

Sağlam çəkinin qorunması

Qazlı içkiləri kalorisiz içkilərlə əvəz etmək yalnız artıq çəkidən qurtulmağa deyil, eyni zamanda bir çox digər xəstəliklərin qarşısını almağa da kömək edir.

Dietoloq Bet Starkın sözlərinə görə, kalorili içkilər orqanizmi doydurmur, bu da artıq kalori qəbuluna və nəticədə kökəlməyə səbəb olur.

Bağırsaq sağlamlığının qorunması

Bağırsaq sağlamlığı bütün orqanizmin fəaliyyəti ilə əlaqəlidir. Şirin içkilərdən alınan həddindən artıq şəkər bağırsaq mikroflorasına mənfi təsir edir, bu da ümumi vəziyyətə və immun sisteminə təsir göstərə bilər.

Ağız və diş sağlamlığının yaxşılaşdırılması

Şirin qazlı içkilər tərkibindəki şəkər və turşuluğa görə kariyesə və dişlərin məhvinə səbəb olur. Onları nə qədər tez-tez qəbul etsəniz, diş minasının zədələnmə riski bir o qədər yüksək olar.

Bu içkilərdən imtina edib su və ya şəkərsiz alternativlərə keçmək diş sağlamlığını qorumağa kömək edər. Üstəlik, ağız sağlamlığı ürək xəstəlikləri və diabet riski ilə də əlaqəlidir və bu, ömür uzunluğuna təsir edir.

Qazlı içkilərin əvəzinə nə içmək olar?

Seltser suyu (soda suyu) – Şəkərsiz ləzzətli alternativ ola bilər.

Sadə su – Əgər təmiz su sizə darıxdırıcı gəlirsə, içinə qarpız, sitrus meyvələri və ya nanə, kəklikotu kimi göyərtilər əlavə edə bilərsiniz.

Şəkərsiz soyuq çay – Susuzluğu yatırmaq və az miqdarda kofein qəbul etmək üçün idealdır. Yaşıl, qara və ya ağ çaylar sağlamlığa faydalıdır, bitki çayları isə həm təbii, həm də dadlıdır. Məsələn, moruq şirinlik verə bilər.

Qəhvə – Qəhvə də qazlı içkilərə gözəl alternativdir. O, antioksidantlarla zəngindir və metabolizmi sürətləndirir. Vərdişlərinizi dəyişib şirin içkilərin istehlakını azaltmaqla sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və ömrünüzü uzada bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar