Ürək üçün  ən faydalı   QİDALAR
06 noyabr 2023 15:47 (UTC +04:00)

Ürək üçün ən faydalı QİDALAR

Kardioloq Anna Biryukova gündəlik istehlakı ürək və damar xəstəlikləri riskini azaldan məhsullardan danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ürək-damar sistemi üçün ən faydalı qidalar balıq və yağdır.

Bununla əlaqədar olaraq, həkim, siyənək, skumbriya və qızılbalıq kimi yağlı balıqları, zeytun, qarğıdalı, günəbaxan, soya və kolza kimi yağ növlərini yeməyi məsləhət görür. O  izah edib ki, bu məhsullar sağlam ürək-damar sistemini dəstəkləyən çoxlu doymamış yağ turşuları ilə zəngindir.

Kardioloq heyvani (yağsız ət və quş əti) və bitki zülalının (mərci və noxud) istehlakının orqanizm üçün vacibliyini də qeyd edib. Bundan əlavə, o, daha çox tərəvəz və meyvə yeməyi unutmamağa çağırıb. Çünki faydalı mikrofloranın inkişafı üçün lif lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8091
avatar

Fidan İlqar

Oxşar yazılar