Mütəxəssislər tez arıqlamağın 5 sirrini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Orta dərəcədə yemək və düzgün axşam vərdişləri sizə tez bir zamanda ideal çəkiyə çatmağa kömək edəcək.
Yatmazdan əvvəl gəzinti
Yatmazdan 2-3 saat əvvəl qısa bir gəzinti stressi aradan qaldırmağa, yuxunu yaxşılaşdırmağa və maddələr mübadiləsini dəstəkləməyə kömək edə bilər. Gün ərzində hərəkətdə olan insanların keyfiyyətli yuxu almaq ehtimalı 65% çoxdur.
Yatmazdan əvvəl smartfondan qaçınmaq
Yatmazdan əvvəl smartfon və ya noutbukdan istifadə təkcə yuxuya getməyə mane olmur, həm də melatonin hormonunun səviyyəsinin azalması səbəbindən çəki artımı riskini artırır. Hətta mobil telefon ekranından gələn işıq parıltısı da maddələr mübadiləsinə təsir edə və çəki artımına kömək edə bilər.
Yatmaq üçün optimal otaq temperaturu
Mütəxəssislər otaq temperaturunu 18 dərəcə saxlamağı məsləhət görürlər ki, bu da yuxu zamanı 22-23 dərəcə temperaturdan 7% daha çox kalori yandırmağa kömək edir.
Yatmazdan bir neçə saat əvvəl şam yeməyi
Şam yeməyinin vaxtı metabolik proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Yatmazdan 2-3 saat əvvəl, böyümə hormonu maksimuma çatdıqda şam yeməyi zülal sintezini və əzələ kütləsinin artmasına kömək edir. Ağ ət, balıq, təzə tərəvəz və meyvələr kimi zülalda yüksək, yağ, natrium və karbohidratda az olan qidalar yemək tövsiyə olunur.
Sağlam qəlyanaltı
Yatmazdan əvvəl acsınızsa, şirin və quru meyvələrdən və qoz-fındıqlardan uzaq durmağınız məsləhətdir. Tərəvəzlərə, təbii qatıqlara və kəsmiklərə üstünlük verilməlidir.