Şəkər diş çürüməsi, dəri problemləri və ya artıq çəki kimi tez-tez sağlamlıq problemlərinə səbəb olur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insan desertlərdən, bişmiş məhsullardan və digər zərərli, lakin dadlı yeməklərdən imtina etməyə çalışır.
Lakin şəkər sağlam hesab etdiyimiz bir çox qidalarda var. Belə ki, hazır və sağlam bilinən bütün qidaların tərkibində əslində şəkər var. Xüsusilə taxıl tərkibli qidalar, bəzi meyvələr şəkərlə zəngindir.