Sızanaqlardan birdəfəlik qurtulun - TÖVSİYƏ
01 iyun 2023 15:44 (UTC +04:00)

Sızanaqlardan birdəfəlik qurtulun - TÖVSİYƏ

Sızanaqlar ən çox yeniyetməlik yaşlarında olur. Ancaq hər yaşda sızanaq problemi ilə qarşılaşmaq təbiidir. Sızanaqların çıxmasına səbəb olan bir çox səbəb var. Genetik faktorlar, həddindən artıq yağlı dəri, stress, tıxanmış məsamələr və ya düzgün olmayan qulluq üsulları sızanaqların əmələ gəlməsinə səbəb olur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sızanaqları qurutmaq və yenidən görünməsinin qarşısını almaq üçün baxım rejiminə riayət etmək vacibdir. 

Gün ərzində dərinizdə yağ, kir və makiyaj qalıqları toplanır. Bu zaman məsamələriniz tıxanır və dərinizdə sızanaqlar əmələ gəlir. Dərinizi hər gün təmizləməyi, tonlamağı və nəmləndirməyi unutmayın. Dərinizin tipinə uyğun məhsullardan istifadə etdiyinizə əmin olun. Sərt ovma və qıcıqlandırıcı müalicələrdən çəkinin.

Sızanağa meylli dərinin günəşdən qorunmaması sızanaq izləri və ləkələrə səbəb olur. Dərinizdəki ləkələr və çapıqlar daha qabarıq görünür. Buludlu günlərdə belə çölə çıxarkən üzünüzə həmişə günəş kremi çəkin. 

Zərif pilinq dəridəki ölü hüceyrələri çıxarır və onların dəri səthində yığılmasının qarşısını alır. Zamanla sızanaq və izlərinin yox olmasına kömək edir. 

C vitamini, retinol, niasinamid və ya hidrokinon kimi maddələr dərini bərpa edən xüsusiyyətlərə malikdir. Bu məhsulların istifadəsi dəriyə parlaq bir görünüş verir və dərinin tonunu bərabərləşdirir. Lakin bu məhsullardan istifadə edərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki yanlış istifadə dərini qıcıqlandıra və ciddi dəri problemlərinə səbəb ola bilər.

Əgər sızanaqlarınız çox və dərindirsə, mütəxəssisə müraciət edin. Sızanaqlar üçün xüsusi müalicə üsulları tətbiq edib sızanaqlarınızdan qalıcı olaraq xilas ola bilərsiniz.

Sızanaqları azaltmaq vaxt və daimi səy tələb edir. Dəriyə qulluq rejiminiz və müalicə seçimlərinizlə bağlı səbirli və israrlı olun. Dərinizin sağalması və sızanaqların tamamilə yox olması həftələr, hətta aylar çəkə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Arzu Qurbanlı

Oxşar yazılar