Həkimlər səyahət və səfər zamanı mövsümi viruslardan qorunmağın yollarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, ictimai nəqliyyatda və hava limanında maska taxmaq hələ də xəstəliyin yayılmasının qarşısını almaq üçün ən yaxşı yollardan biridir.
İzdihamlı yerlərdə toplaşmamağa çalışın. Tez-tez əllərinizi sabunlayın. Mikrobların yayılmasının qarşısını almaq üçün gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan da çəkinməlisiniz. Virusa yoluxmaqdan qorunmağın yeganə yolu ümumiyyətlə səyahət etməməkdir.