Şəkər xəstəliyinin əsas səbəbi  şirniyyat deyil   - Bəs nədir?
06 yanvar 2023 19:51 (UTC +04:00)

Şəkər xəstəliyinin əsas səbəbi şirniyyat deyil - Bəs nədir?

“Şirniyyat şəkərin yaranmasına birbaşa təsir göstərmir”.

Lent.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Aleksandr Mayorov deyib.

Mütəxəssisin sözlərinə görə, artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlarda xəstəlik riski daha çoxdur:

“Əgər çəkisi az olan insanlar çox şəkər yeyirsə, o zaman onun şəkərli diabetə tutulma riski düzgün qidalanan insanlardan çox olmayacaq”, - ekspert bildirib.

Mayorovun sözlərinə görə, şəkərli diabetin çox şirniyyat yeməyin nəticəsi olduğu ilə bağlı fikirlər mifdir.

Həkimin sözlərinə görə, çoxlu miqdarda kalori, yəni çörək, kolbasa kimi qidalardan istifadə etmək diabetin yaranmasına təsir göstərən əsas amillərdəndir.

Mayorov diabetin iki halda yarana biləcəyini xüsusi vurğulayıb:

“Birincisi genetika, ikincisi də həyat tərzi ilə bağlıdır. Xəstələrin 97%-i isə ikinci tip diabetdən əziyyət çəkir. Şəkərli diabetin inkişafının qarşısını yalnız arıqlamaq, gündəlik fiziki fəaliyyətlə məşğul olmaqla almaq olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Sevinc Fərid

Oxşar yazılar