Səhər yeməyində pomidor yeməyin – Orqanları...
07 mart 2024 10:12 (UTC +04:00)

Səhər yeməyində pomidor yeməyin – Orqanları...

Pomidor səhər yeməyi süfrələrinin əvəzolunmazıdır. Səhər yeməyində pomidor istehlakının ümumiyyətlə orqanizm üçün çox faydalı olduğu düşünülür. Ancaq tərkibindəki vitaminlər sayəsində sağlam olduğu düşünülən bu tərəvəzin orqanizmə bir çox zərərləri olduğu ortaya çıxıb.

Lent.az xəbər verir ki, xüsusilə səhər yeməyində yediyiniz çiy pomidor, bilmədən bütün orqanlarınızın zədələnməsinə səbəb ola bilər.

Turşu qida olan pomidor həddindən artıq istehlak edildikdə mədə turşularının tarazlığını pozur.
Pomidor yedikdən sonra mədənizdə yanma hiss edirsinizsə, onunla aranızda bir qədər məsafə saxlamağınız məsləhətdir. 

Pomidorun orqanizm üçün zərərlərini təqdim edirik: 

Oynaq ağrıları

Pomidorun həddindən artıq istehlakı oynaqlarda kalsium əmələ gətirən solanin adlı alkaloidin yığılmasına səbəb olur. Bu vəziyyət oynaqlarda ağrılara səbəb olur, hətta oynaqların quruluşu belə dəyişə bilər.

Böyrəklərdə daşın əmələ gəlməsi 

Böyrək daşlarına səbəb olan oksalat mineralı pomidorda yüksək miqdarda olur. Bu onu göstərir ki, çox pomidor yemək böyrək daşlarına səbəb olur. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinə görə, inkişaf etmiş xroniki böyrək xəstəliyi olan insanlar kalium qəbulunu məhdudlaşdırmalıdırlar. Çünki pomidor kaliumla zəngindir.

Dəri ləkələri

Likopenlə zəngin olan pomidorun həddindən artıq istehlakı likopedermiya adlı dəri ləkəsinə səbəb olur. Bu ləkə xüsusilə üz və bel nahiyələrində görünür.

Bağırsaq sağlamlığını pozur 

İrritabl bağırsaq sindromundan əziyyət çəkənlər çox pomidor yedikdə yanma və şişkinlik problemi yaşayırlar. Manipal Universitetinin dietoloqu Aditi Shenai, həddindən artıq pomidor istehlakı səbəbiylə likopenin həddindən artıq yüklənməsinin ishal, ürək bulanması, mədə krampları, qaz və hətta qusmaya səbəb ola biləcəyini söyləyib.

Dəri səpgiləri

Tamamlayıcı qidalanma prosesində körpələrə heç vaxt pomidor verilməməlidir. Allergen qida olan pomidorun tərkibində “histamin” adlı maddə var. Bu maddə dərinin qıcıqlanmasına və qızartıya səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4818

Oxşar yazılar