Stomatoloq Abel Əzizi səhər yeməyi zamanı qaçınılması lazım olan üç qidanın adını açıqlayıb.
Lent.az xarici mətrbuata istinadən xəbər verir ki, stomatoloqun fikrincə, bu səhər yeməyi yeməkləri dişlər üçün zərərlidir.
Onun sözlərinə görə, dişlərin zədələnməsinin qarşısını almaq və ağız sağlamlığını qorumaq üçün sitrus meyvələrdən uzaq durmaq lazımdır:
"Çünki bu cür meyvələr çox turşdur və diş minasını zəiflədə bilər. Dişlərin zədələnməsinin qarşısını almaq üçün daha az turşulu səhər yeməyi alternativləri seçin. Ac qarına istehlak edilən qəhvə diş minasını tədricən məhv edə bilər. Səhər qəhvə istehlakınızı minimuma endirin və lazım gələrsə, qəhvə içdikdən sonra ağzınızı su ilə yaxalayın. Şəkərli dənli bitkilərdən və bişmiş məhsullardan uzaqq durmaq dişlərin zədələnməsinin qarşısını almaq üçün vacibdir. Bu qidalar ağızda zərərli bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır ki, bu da dişlərin çürüməsinə səbəb ola bilər. Aşağı şəkərli səhər yeməyi seçmək diş minasını və ağız sağlamlığını qorumağa kömək edəcək”.