Sağlamlıq üçün  təhlükəli olan   ŞİRNİYYATLAR
25 yanvar 2024 17:14 (UTC +04:00)

Sağlamlıq üçün təhlükəli olan ŞİRNİYYATLAR

Dietoloq İrina Mansurova insan sağlamlığı üçün ən təhlükəli şirniyyatları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bu şirniyyatlar çox qızardılmış, yağlı olurlar. 

Onun sözlərinə görə, bu cür qidalar artıq çəki artımına, şəkərli diabet və ürək problemlərinin inkişafına kömək edir:

“Bəzi şirniyyatların tərkibindəki turşular mədə divarlarını məhv edir. Dişlərə yükü artıran və minanın aşınmasına, xora və qastritin inkişafına səbəb ola bilən digər zərərli məhsul isə saqqızdır. Bundan əlavə, tortlar, xəmir məmulatları, vaflinin tərkibində olan əlavələr xərçəng, allergiya və qastritə səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3615
avatar

Arzu Qurbanlı

Oxşar yazılar