Sağlamlığınıza zərər vermədən  nə qədər spirt   içə bilərsiniz? - Təəccüblənəcəksiniz
08 dekabr 2023 11:51 (UTC +04:00)

Sağlamlığınıza zərər vermədən nə qədər spirt içə bilərsiniz? - Təəccüblənəcəksiniz

Mütəxəssislər sağlamlığınıza zərər vermədən nə qədər spirt içə biləcəyinizi açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alkoqolla əlaqəli xəstəlik və ya zədə riskini azaltmaq üçün sağlam kişilər və qadınlar gündə 40 qramdan və həftədə 100 qramdan çox olmayan təmiz spirt içməlidirlər.

Alkoqolun orta dərəcədə istifadəsi aludəçiliyə səbəb olur. 

Müntəzəm olaraq spirtli içki qəbul edərkən fizioloji problemlərdən tamamilə qaçmaq mümkün deyil. Alkoqol içdiyiniz zaman orqanizm onu hüceyrələr üçün zəhərli olan asetaldehidə parçalayır. DNT-ni zədələyir, xərçəngin böyüməsinə səbəb olur.

Güclü içkilər həmçinin oksidləşdirici stress adlanan DNT zədələnməsinin başqa bir formasına səbəb olur ki, bu da damarların sərtləşməsinə, daha sonra isə qan təzyiqinin artmasına və ürək-damar xəstəlikləri ilə nəticələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3573
avatar

Arzu Qurbanlı

Oxşar yazılar