Sağlam olmağın 5 əsas SİRRİ
08 dekabr 2023 14:18 (UTC +04:00)

Sağlam olmağın 5 əsas SİRRİ

Dietoloqlar sağlamlığın 5 əsas sirrini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə soyuq havalarda sağlam qidalanmağa diqqət etmək lazımdır.

Su 

Su faydalı xüsusiyyətlərlə doludur. Meyvə və tərəvəzlərdə olan su bədəndən toksinləri aradan qaldırmağa kömək edir.

Lif

Bağırsaqlarımızda sağlamlığımıza təsir edən trilyonlarla mikroorqanizmlər məskunlaşır. Meyvə və tərəvəzlərdəki həll olunan lif faydalı bakteriyaları qidalandırır, bağırsaq və immun sisteminin sağlamlığını dəstəkləyir.

Vitaminlər

A, B6, C, D və E kimi müxtəlif vitaminlər antioksidant rolunu oynayır, iltihabı azaldır və bədəndəki zərərli birləşmələrlə mübarizə aparır, sağlamlığı gücləndirir.

Minerallar

Sink, dəmir və selenium kimi minerallar mühüm rol oynayır. Sink immunitet hüceyrələrinin böyüməsini və funksiyasını dəstəkləyir. Selenium ağ qan hüceyrələrinin istehsalını təşviq edir, hər ikisi də antioksidant xüsusiyyətlərə malikdir.

Bitki birləşmələri

Meyvə və tərəvəzlər iltihabı azaldan və zərərli orqanizmlərlə mübarizə aparan fitonutrientləri ehtiva edir, immun sağlamlığın qorunmasında əsas rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4377
avatar

Arzu Qurbanlı

Oxşar yazılar