Sağlam bədənə sahib olmaq üçün nə etmək lazımdır?
15 dekabr 2023 09:45 (UTC +04:00)

Sağlam bədənə sahib olmaq üçün nə etmək lazımdır?

Alimlər ürək-damar sistemini gücləndirmək üçün düzgün qidalanmağın faydalarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya və Stenford Universitetlərinin mütəxəssisləri tərəfindən aparılan araşdırmada 44 əkiz iştirak edib.

Əkizlərdən birinin pəhrizində müəyyən miqdarda ət məhsulları, digərində isə ciddi şəkildə bitki mənşəli qidalar olub. Təcrübə başlamazdan əvvəl bəzi iştirakçılar artıq vegan pəhrizinə riayət ediblər. İştirakçılar kifayət qədər miqdarda qida istehlak ediblər.

Tədqiqatın nəticələri bütün iştirakçılarda ürək-damar sisteminin vəziyyətinin yaxşılaşdığını göstərib. Heyvan məhsulları yeyən həmkarları ilə müqayisədə vegetarian qidalar istehlak edənlərdə daha çox irəliləyişlər müşahidə edilib.

Vegeterian pəhrizi izləyən insanlar diabetin qarşısının alınmasında mühüm rol oynayan insulin səviyyələrində 20% azalma müşahidə ediblər. Ürək-damar xəstəliklərinin inkişafında əsas amil olan “pis” xolesterinin səviyyəsində də azalma müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

Arzu Qurbanlı

Oxşar yazılar