Mütəxəssislər qəhvənin sağlamlığa necə təsir etdiyini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç və Böyük Britaniya institutlarının alimlərinin fikrincə, canlandırıcı təsiri ilə çoxları tərəfindən sevilən səhər qəhvəsi 2-ci tip diabetin inkişaf riskini və bədən yağını azaltmağa kömək edə bilər.
Araşdırmalara görə, qanda yüksək kofein səviyyəsinə malik insanların bədən kütləsi indeksi (BMI) daha aşağıdır. Bundan əlavə, bu cür insanlarda tip 2 diabet inkişaf riski daha azdır.
Bununla belə, alimlər vurğulayırlar ki, kofein istehlakının çəki və yağ kütləsinə uzunmüddətli təsirləri daha çox araşdırma tələb edir və ümumi sağlamlığa təsir edən müxtəlif amilləri də unutmaq olmaz.