Qaraciyər sirrozundan  necə qorunmaq   olar?
19 dekabr 2023 12:33 (UTC +04:00)

Qaraciyər sirrozundan necə qorunmaq olar?

Kaliforniya Universiteti, Royal Free Hospital, Oksford və Kembric universitetlərindən alimlər qrupu tərəfindən aparılan yeni araşdırma qaraciyər sirrozunun inkişafı üçün risk faktorlarını aşkar edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, sirrozun yaranmasında təkcə istehlak edilən spirtin miqdarı deyil, həm də içkilərin istehlakının xarakteri həlledici rol oynayır. Tədqiqatçılar 300.000-dən çox yetkin insanın məlumatlarını təhlil edərək, içmə vərdişlərinə, genetik quruluşa və sağlamlıq vəziyyətlərinə, o cümlədən tip 2 diabetə diqqət yetiriblər.

Əgər həftədə ən azı bir dəfə gündə təxminən 12 vahid spirt içirsinizsə (bu, təxminən 1,8-2,5 litr pivə və ya bir şüşə şərab deməkdir), normal həddə içənlərlə müqayisədə sirozun inkişaf riski üç dəfə artır.

Qaraciyər sirrozuna genetik meyli olan insanlarda bu ciddi xəstəliyə tutulma ehtimalı 4 dəfə çoxdur. Əgər sizdə 2-ci tip diabet varsa, qaraciyər sirrozu riskiniz ikiqat artır.

Alkoqoldan sui-istifadə, yüksək genetik risk və diabetin olması ilə birlikdə, sirozun inkişaf riskini altı dəfə artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4416
avatar

Arzu Qurbanlı

Oxşar yazılar