Piylənməyə gedən yol:   Səbəbi AÇIQLANDI
26 yanvar 2024 16:14 (UTC +04:00)

Piylənməyə gedən yol: Səbəbi AÇIQLANDI

Kardioloq Anna Koreneviç piylənmənin əsas səbəbini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, daimi yuxusuzluq piylənməyə səbəb olur.

Onun sözlərinə görə, yuxunun olmaması ilə yorğunluq yaranır və insan enerjisinin azalması səbəbindən fiziki fəaliyyətini məhdudlaşdırır:

“Fiziki aktivliyin azalması öz növbəsində artıq çəkinin yığılmasına gətirib çıxarır. Yuxu pozğunluqları hormonal balanssızlığa səbəb olur və iştahı aktivləşdirən hormonların istehsalını stimullaşdırır. Nəticədə, yuxu olmaması səbəbindən insan getdikcə daha çox yeməyə başlayır.

Zəif yuxu fonunda insanlar stresslə də üzləşə bilər ki, bu da iştahı artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Arzu Qurbanlı

Oxşar yazılar