Peyvəndlənməyən  insanlarda COVID-19-dan  ölüm riski   nə qədər yüksəkdir?
17 oktyabr 2021 16:43 (UTC +04:00)

Peyvəndlənməyən  insanlarda COVID-19-dan ölüm riski nə qədər yüksəkdir?

Peyvənddən sonra COVID-19-dan ölüm riski 11 dəfə azalır.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bunu ABŞ Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatları sübut edir.

Bu ilin avqust ayı məlumatlarına görə, peyvənd edilməmiş amerikalılar, peyvəndlərin tam kursunu bitirənlərə nisbətən 11,3 dəfə daha çox koronavirusdan ölüb.
İnfeksiyaya yoluxma riskinə gəlincə, peyvəndlənməyənlərdə peyvəndlənənlərdən orta hesabla 6,1 dəfə çoxdur.

“Koronavirusa qarşı peyvəndlənmə yoluxma ehtimalını azaldır və infeksiya baş verərsə, xəstəliyin ötürülməsini asanlaşdırır”, - məlumatda vurğulanır.

Eyni zamanda, mütəxəssislər peyvəndlərin koronavirus infeksiyasına qarşı 100 faiz təsirli olmadığını qeyd edirlər.

“Peyvənd vurduranların bəzilərinin hələ də yoluxma riski var”, - amerikalı mütəxəssislər bildirirlər.

# 6984
avatar

Oxşar yazılar