Peyvənd olmayanların telefonu bağlanacaq - İNANILMAZ QƏRAR
12 iyun 2021 15:05 (UTC +04:00)

Peyvənd olmayanların telefonu bağlanacaq - İNANILMAZ QƏRAR

Pakistanda peyvənd olunmayanların telefonları bağlanacaq.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, mayın 22-də 4 mindən çox koronavirusa yoluxma sayının qeydə alındığı Pakistanda müvafiq addımlar atılmağa başlanıb.

Bu səbəbdən artıq gündəlik xəstələrin sayında azalma müşahidə edilməkdədir. Bu günə qədər ölkədə 10 milyon 180 mindən çox insan Covid-19 peyvəndi olunub. Ölkə ilin sonuna qədər 70 milyondan çox vətəndaşı peyvənd etməyi hədəfləyir.

Bununla birlikdə, koronavirusa qarşı peyvənd olmaq istəməyənlər də var. Bunun üçün də bir “Həll yolu” tapılıb. Belə ki, Pəncabda peyvənddən imtina edənlərin mobil telefonlarının bloklanacağı qərarı verilib. Əvvəlcə bu sadəcə, bir təklif olaraq səsləndirilib. Amma daha sonra insanların peyvənd olunmaqla bağlı çox tərəddüdləri olduğunu müşahidə etdikdə bu təklif qərar olaraq qəbul olunub.

Bununla yanaşı, Sinddə gələn aya qədər peyvəndlənməyən məmurlara maaş verilməməsi qərarı verilib.

# 9351
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar