Oynaq ağrılarına səbəb olan qidalar
06 iyun 2023 11:07 (UTC +04:00)

Oynaq ağrılarına səbəb olan qidalar

Həkimlər oynaqlarda iltihab və ağrıya səbəb olan qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, təmizlənmiş karbohidratlarla zəngin qidalara olan asılılıq, oynaqlarda ağrı və iltihaba səbəb olur.

Bəzi hallarda iltihab xroniki olur, bu da artrit kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. Ağ çörək, müxtəlif un və şirniyyat məhsullarının istehlakı oynaq ağrılarına səbəb olur..

Mütəxəssislər daha yavaş həzm olunan karbohidratlara üstünlük verməyi məsləhət görürlər. Bunlara bütün taxıl mənşəyi qidalar, əksər meyvə və tərəvəzlər, paxlalı bitkilər daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039

Oxşar yazılar