Okean insanları viruslardan qoruyur:  tədqiqatın gözlənilməz nəticələri
27 may 2021 06:14 (UTC +04:00)

Okean insanları viruslardan qoruyur: tədqiqatın gözlənilməz nəticələri

Alimlər okeanların bəşəriyyətə verdiyi gözlənilməz faydaları açıqlayıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hidrosferin insanları ölümcül patogenlərdən qoruduğu ortaya çıxıb.

Bunu mütəxəssislər hollandiyalı tədqiqatçıların tapıntılarına istinad edərək söyləyiblər.

Mütəxəssislər, suyun tərkibindəki virusların dəniz süngərləri tərəfindən udulduğunu müəyyənləşdiriblər.

Beləliklə, bu çoxhüceyrəli heyvanlar "filtr" rolunu oynayır: mayeni təmizləyirlər.

Eksperimentin nəticələrinə görə, okean sakinləri su hövzələrində patogenlərin 94 faizini istehlak edirlər. Bunun üçün yalnız üç saat gedir.

Lakin yaxın onilliklərdə hidrosfer qoruyucu xüsusiyyətini itirə bilər. Bunun səbəbi antropogenin təsiridir. İnsan fəaliyyətləri okeanlara çox sayda çirkləndirici maddə buraxır və bir çox dəniz sakinlərini öldürür.

COVID-19 pandemiyası dövründə vəziyyət pisləşib. İnsanlar çox sayda fərdi qoruma vasitələrindən istifadə etməyə başlayıblar ki, bu da hara gəldi atılır.

Bu, planetimizin su hövzələrinə milyardlarla istifadə edilmiş birdəfəlik maskaların daxil olmasına gətirib çıxarır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar