Naringinin  bilmədiyimiz   ZƏRƏRLƏRİ
04 dekabr 2023 15:01 (UTC +04:00)

Naringinin bilmədiyimiz ZƏRƏRLƏRİ

Endokrinoloq Zuxra Pavlova naringilərin zərərlərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, naringinin tərkibində həddindən artıq şəkər var.

Onun sözlərinə görə, naringi mədə şirəsinin turşuluğunu artırır, yəni bədənə zərər verə bilər:

“Naringi suyu isə diş minasına aqressiv təsir göstərir, onu tədricən məhv edir. Sitrus meyvələri yedikdən sonra dərhal dişlərinizi fırçalamamalısınız, ağzınızı su ilə yaxalamaq daha yaxşıdır. Həmçinin, sitrus meyvələri güclü allergendir. Bəzən meyvələr acqarına yeyildikdə şişkinlik yaradır və iştahı artırır. Bu meyvələr aşağı kalorili məhsul hesab edilsə də, onların tərkibində kifayət qədər yüksək şəkər var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6324
avatar

Arzu Qurbanlı

Oxşar yazılar