Koronavirusun yeni "super-yayıcısı"  TAPILDI
26 iyun 2021 17:39 (UTC +04:00)

Koronavirusun yeni "super-yayıcısı" TAPILDI

Ağacların tozcuqları koronavirus hissəciklərini daşıya bilir.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qənaətə Kiprin Lefkoşa Universitetinin alimləri gəliblər.

COVID-19-un"Super yayıcı" versiyası, müxtəlif  hissəciklərin virusun yayılmasına necə təsir etdiyini öyrənmək üçün aparılan təcrübə zamanı təsdiqlənib.

COVID-19 baş verməsi ilə havadakı tozcuqların konsentrasiyası arasında əlaqə olduğu ortaya çıxıb.

Xüsusi olaraq yaradılmış bir kompüter modelini təhlil etdikdən sonra mütəxəssislər tozcuqların virus hissəciklərinin daha çox məsafəni qət etməsinə kömək etdiyini tapıblar.

Allergenlərin milli xəritəsi ilə müqayisədə, havadakı tozcuqların daha yüksək olduğu bölgələrdə daha çox infeksiya hadisəsinin qeydə alındığını aşkar ediblər.

Alimlərin fikrincə, virusun tozcuqla yayılması şəraitində qəbul edilmiş iki metrlik sosial məsafə kifayət olmaya bilər.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar