Koronavirusun 4 ən  təhlükəli növü
03 iyun 2021 18:38 (UTC +04:00)

Koronavirusun 4 ən təhlükəli növü

Koronavirusun mutasiya etdiyi məlumdur. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, patogenin yeni variantları SARS-CoV-2-nin əsas "versiyası"ndan daha ciddi təhlükə yarada bilər.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri ən çox narahatlığa səbəb olan patogenin dörd növünü təyin ediblər.

Bu mutasiyalardam biri Vyetnamda aşkarlanıb.

COVID-19 törədicisinin bu növü sürətlə yayılması və yüksək dərəcədə yoluxucu olması ilə xarakterizə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı hadisələrin belə inkişafına hazır olduqlarını qeyd edib, çünki koronavirusun təkamülü əvvəllər də məlum idi.

Beynəlxalq təşkilatın mütəxəssisləri SARS-CoV-2-nin yeni variantlarının yayılmasına qarşı mübarizədə iştirak edən ölkələrə minnətdarlıqlarını bildiriblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar