Koronavirusla bağlı SON STATİSTİKA
27 oktyabr 2021 10:27 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Son statistikaya görə, dünyada 245 287 597 nəfər koronavirusa yoluxub.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, indiyə qədər “COVID-19” virusundan 4978828 nəfər ölüb, 222385694 nəfər sağalıb.

Yoluxma sayına görə ilk beşlikdə ABŞ (46 497 719 nəfər), Hindistan (34 215 653 nəfər), Braziliya (21 748 984 nəfər), Böyük Britaniya (8 853 227 nəfər) və Rusiya (8 316 019 nəfər) dayanır.

Qonşu ölkələr arasında ən çox ölüm sayı Rusiya (232 775 nəfər), İran (125 519 nəfər) və Türkiyədə (69 559 nəfər) qeydə alınıb.

Türkiyədə 7 909 111, İranda 5 877 456, Gürcüstanda 698 944, Ermənistanda isə 298 069 nəfərdə koronavirus aşkar edilib.

Aytəkin Cəlali

# 6264
avatar

Oxşar yazılar