Koronavirusa qarşı hansı dərmanlardan istifadə edə bilərik? - HƏKİM MƏSLƏHƏTİ
26 dekabr 2020 14:47 (UTC +04:00)

Koronavirusa qarşı hansı dərmanlardan istifadə edə bilərik? - HƏKİM MƏSLƏHƏTİ

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, şöbə müdiri Nuran Abdullayev və Köln şəhəri Augustireninnen xəstəxanası Pnevmalogiya və süni tənəffüs təbabəti klinikasının mütəxəssis-həkimi Elvin Hüseynov COVID-19 xəstəliyini yüngül keçirənlərə məsləhətlər verib.

"Lent.az"ın xəbərinə görə, Almaniyada yaşayan azərbaycanlı həkimlər hazırladıqları maarifləndirici videomaterialda bildiriblər ki, yüngül formalı xəstəlik adətən özünü sadə qripə bənzər simptomlarla göstərir və bu zaman narahat olaraq hər hansı antibiotiklərdən istifadəyə, o cümlədən immuniteti aşağı salan dərmanlardan istifadəyə qəti ehtiyac yoxdur: 

"İnsanlardan bizə olunan müraciətlərdə hətta fərqli antiviral dərmanlardan, məsələn, Arbidol, Favipavir, Oseltamivir və Rotinavir-dən istifadələri də eşidirik. Bunların heç biri müasir protokollara daxil edilməyib. Son aparılan elmi tədqiqatlar da bu antiviral dərmanların heç biri xüsusi təsirini sübut etmir. Bu günə kimi sadəcə, xəstəxana şəraitində müalicə edilməli ağır vəziyyətdə olanlara Remdesivirin effektiv təsiri sübut edilib. Bunun istifadəsi isə xəstəliyi yüngül keçirənlərə və evdə müalicə alanlara lazım deyil. Ona görə də insanlarımıza bildirmək istəyirik ki, effektivliyi elmi tərəfdən sübut olunmayan antiviral dərmanlardan qəti şəkildə istifadə etməsinlər".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4182
avatar

Oxşar yazılar