Koronavirusa qarşı BURUN PEYVƏNDİ:  Təhlükəlidir, yoxsa?
15 fevral 2022 18:10 (UTC +04:00)

Koronavirusa qarşı BURUN PEYVƏNDİ: Təhlükəlidir, yoxsa?

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Hələ də əhalidə bəzi suallar qalmaqdadır: hansı peyvəndi seçim, hansı vaksin daha təhlükəsizdir və o mənim səhhətimə necə təsir edə bilər?

Lent.az xəbər verir ki, hazırda Azərbaycanda AstraZeneca/Vaxzevria, Pfizer, Sputnik V və CoronaVac (Sinovac) vaksinlərindən istifadə edilir.

Heç kimə sirr deyil ki, peyvəndləmənin məqsədi Covid-19 əleyhinə kütləvi immuniteti inkişaf etdirərək, mümkün qədər çox insanı xəstəlikdən qorumaqdır. Bu baxımdan təsdiq olunan bütün vaksinlərin yeni koronavirusa qarşı kifayət qədər səmərəli vasitə olduğu hesab edilir, hərçənd ki, onların arasında fərqlər də var.

Amma burada bir maraqlı məqama toxunmalıyıq. Bu gün bütün peyvəndlər inyeksiya yolu ilə həyata keçirilsə də, Rusiyada koronavirusa qarşı burundan qəbul edilən peyvəndi yolundan da istifadə edlir. Rusiyanın N.F.Qamaleya adına Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq deyir ki, bu günə qədər burun peyvəndinin heç bir yan təsiri müşahidə edilməyib.

O qeyd edib ki, COVID-19-a qarşı burun peyvəndi altı ayda bir dəfədən çox olmamaqla, bəlkə də daha az müddətdə vaksinasiya lazım olacaq.

Xatırladaq ki, Rusiyanın Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə burun spreyi şəklində koronavirus peyvəndinin klinik sınaqlarının ikinci mərhələsini keçirmək üçün icazə verib.

Amma burun peyvəndiylə bağlı fərqli fikirlər də var, ABŞ Qlobal Virusoloji Şəbəkə Mərkəzinin direktoru Konstantin Çumakov bildirib ki, COVID-19-a qarşı burun peyvəndi orqanizm üçün əzələdaxili peyvənddən daha təhlükəli ola bilər. Həkimin sözlərinə görə, burun qoxu siniri vasitəsilə beyinlə çox sıx bağlıdır və buna görə də burun vasitəsilə verilməsi planlaşdırılan bütün dərmanlar çox böyük təhlükəsizlik qiymətləndirməsindən keçir.

“Burun peyvəndləri təhlükəli ola bilər, çünki bu sinir virusu və ya antigeni beyinə daşıya bilər. Bununla çox diqqətli olmaq lazımdır. Məsələ göründüyü qədər asan deyil”, - deyə o bildirib.

Həkim həmçinin qeyd edib ki, əzələdaxili peyvəndlər heç bir həyati orqana təsir edə bilmir və sinir sistemini qoruyur. Yeri gəlmişkən, bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov maraqlı açıqlamayla çıxış etmişdi. O bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putinin öz üzərində sınaqdan keçirdiyi koronavirusa qarşı burun peyvəndi maye şəklində olub.

Peskovun sözlərinə görə, Putin “Sputnik Light” peyvəndi ilə revaksinasiyadan bir gün sonra burun peyvəndindən istifadə edib: “Heç bir əlavə təsiri olmayıb. Prosedurdan sonra dövlət başçısının temperaturu da olmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Sevinc Fərid

Oxşar yazılar