Kartofun  sağlamlıq üçün gözlənilməz riski
06 iyul 2026 13:36 (UTC +04:00)

Kartofun sağlamlıq üçün gözlənilməz riski

0

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər.

Lent.az xəbər verir ki, əsas səbəb kartofun yüksək nişasta tərkibidir. İsti kartof yeməkləri qəbul edildikdən sonra qanda qlükozanın səviyyəsi daha sürətlə yüksələ bilər. Bu isə kartofun uzun müddət və həddindən artıq istehlakı zamanı diabet və piylənmə riskini artırır.

Kartofun tərkibində nə azdır?

Alimlər qeyd edirlər ki, kartofda lif, zülal və yağın miqdarı nisbətən azdır, onun əsas hissəsini isə nişasta təşkil edir. Nişastanın həzm olunması orqanizmdən daha çox vaxt və enerji tələb edir. Balanssız qidalanma fonunda bu vəziyyət maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Digər sağlamlıq riskləri

Mütəxəssislərin fikrincə, kartofun müntəzəm və çox miqdarda istehlakı mədəaltı vəzə əlavə yük yarada bilər. Bundan başqa, bu vərdiş ürək-damar sistemi xəstəliklərinin yaranma riskinin artması ilə də əlaqələndirilir. Araşdırma müəllifləri hesab edirlər ki, kartof yeməklərinin hər gün rasionda yer alması nişastanın yodun mənimsənilməsinə təsiri səbəbindən qalxanabənzər vəzin fəaliyyətində də müəyyən pozğunluqların yaranma riskini artıra bilər.

Kartofdan tamamilə imtina etmək lazımdırmı?

Alimlər vurğulayırlar ki, kartofu rasiondan tamamilə çıxarmağa ehtiyac yoxdur. Onlar kartofun ölçülü miqdarda qəbul edilməsini, lif və zülalla zəngin qidalarla birlikdə istehlak olunmasını, həmçinin qidalanmanın müxtəlif və balanslı olmasını tövsiyə edirlər. Belə qidalanma üsulu kartofun mümkün sağlamlıq risklərini azaltmağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar