Kartofun  bilmədiyimiz   FAYDALARI
12 dekabr 2023 16:37 (UTC +04:00)

Kartofun bilmədiyimiz FAYDALARI

Alimlər kartofun sağlamlıq üçün gözlənilməz faydalarını aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kartofdan müntəzəm istifadə orqanizmi bir sıra xəstəliklərdən qoruya bilər.

Tədqiqatda yaşı 30 və daha yuxarı olan 2500-dən çox iştirakçı yer alıb. Alimlər zamanla onların yemək vərdişlərini və sağlamlıq durumlarını təhlil ediblər. 

İştirakçıların 36 faizi bişmiş, 28 faizi qızardılmış, 14 faizi kartof pürəsi, 9 faizi qaynadılmış kartofa üstünlük verib. Maraqlıdır ki, qızardılmış kartof istehlak edən iştirakçılarda müxtəlif sağlamlıq problemləri riski daha az idi.

Məlum olub ki, qızardılmış kartof yeyən və eyni zamanda aktiv idman edən böyüklər arasında 2-ci tip diabetin inkişaf ehtimalı 24 faiz, trigliserid səviyyəsinin artması riski isə 26 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13059
avatar

Arzu Qurbanlı

Oxşar yazılar