Çoxları tərəfindən sevilən kartof qızartması depressiyaya səbəb ola bilər.
APA xəbər verir ki, Çinin Hançjou şəhərindən olan araşdırma qrupu, qızardılmış qidaların, xüsusilə də qızardılmış kartofun tez-tez istehlakının narahatlıq və depressiya riskini müvafiq olaraq 12% və 7% artırdığını müəyyən edib.
Bununla belə, ekspertlər araşdırmaların ilkin olduğunu və qızardılmış qidaların psixi sağlamlıq problemlərinə səbəb olub-olmadığının və ya depressiya, narahatlıq əlamətlərini yaşayan insanların qızardılmış qidaları daha çox qəbul edib-etmədiyinin hələ dəqiq bilinmədiyini qeyd edir.
Araşdırmalara 11 il ərzində 140 728 insan cəlb edilib .