İyun ayında dünyada koronavirusa yoluxma və ölüm  STATİSTİKASI
03 iyul 2021 09:24 (UTC +04:00)

İyun ayında dünyada koronavirusa yoluxma və ölüm STATİSTİKASI

İyun ayında bütün dünyada koronavirusa yoluxma statistikası məlum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, açıqlanan məlumatlara görə, yoluxmuş insanların ümumi sayı, may ayına nisbətən demək olar ki, yarım dəfə azalıb. Beləliklə, iyun ayında yoluxma səviyyəsi 2020-ci ilin oktyabr ayındakı göstəriciyə yaxınlaşıb. 

Statistika rəqəmləri

Ötən ay dünyada 11,2 milyon koronavirusa yoluxma qeydə alınıb. May ayında bu göstərici 18,4 milyon olub. 

Hazırda bu göstərici 11 milyon nəfəri keçmir. Bu isə son bir ildə ən aşağı rekord hesab olunur. 

Ölüm

Yoluxma nisbətinin azalmasına baxmayaraq ölüm nisbəti yanvar ayındakı maksimum səviyyəyə yaxınlaşır – o vaxt 400 mindən çox xəstə vəfat edib. 

İyun ayında isə dünyada COVID-19-dan ölənlərin sayı 382 min nəfər olub ki, bu da may ayındakından 10 faiz çoxdur. 

Peyvəndləmə

Avropa ölkələrinin əksəriyyətində əhalinin əhəmiyyətli bir hissəsi peyvəndlənib. Lakin vəziyyətin sabitləşməsindən danışmaq tezdir. 

Kütləvi peyvəndlənməyə baxmayaraq. İspaniyada koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb: sutkada 3,3 mindən 12,3 minə çatıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar