İtlərdən  insanlara ötürülən   XƏSTƏLİKLƏR
25 yanvar 2024 20:00 (UTC +04:00)

İtlərdən insanlara ötürülən XƏSTƏLİKLƏR

Ev heyvanınızın çölə çıxması məhdudlaşdırılsa belə, təhlükəli infeksiyaların ötürülməsi ehtimalı var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, insanların itlərdən yoluxa biləcəyi bir sıra xəstəliklər, əsasən parazitar infeksiyalar var. 

Mütəxəssislər itlərdən yoluxa bilən xəstəlikləri aşkar ediblər. 

Quduzluq

Bu xəstəlik itlər arasında geniş yayılıb. Qeyd etmək lazımdır ki, quduzluğun müalicəsi olmasa da, heyvanları hər il peyvənd etməklə onun qarşısını almaq olar. Heyvanlarla daim təmasda olan insanlara da peyvənd etmək tövsiyə olunur.

Kampilobakterioz

Qızdırma, qarın krampları və ishal ilə xarakterizə olunur. Hazırda bu infeksiyanın törədicisinə qarşı heç bir peyvənd yoxdur.

Ringvorm

Dəridə pulcuqla qaşınan yuvarlaq ləkələr şəklində özünü göstərir. Heyvanlarla rəftar etdikdən sonra əllərinizi təmiz saxlamaq vacibdir, əgər yoluxmuşsa, antifungal dərmanlardan istifadə edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Arzu Qurbanlı

Oxşar yazılar