Həkimlər insanı bir sıra xəstəliklərdən xilas edəcək tərəvəzi açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, soğanda çoxlu vitaminlər və qidalar var.
Soğan tez-tez müxtəlif yeməklərə əlavə olunan ümumi bir tərəvəzdir. Vitamin, minerallar və qida maddələri ilə də zəngindir.
Soğanda C vitamini bədənin bərpasına kömək edir və qan damarlarını gücləndirir. Bir soğan gündəlik C vitamini ehtiyacınızın 18%-ni təmin edə bilər.
Soğan sadə bir tərəvəz olsa da, sağlamlığınıza yaxşı təsir göstərə biləcək bir çox faydalı xüsusiyyətlərə malikdir.